§ 5. AZN işarəsi

2013-ci ildə Jeykhun İmanov Studio AZN işarəsinin istifadəsinə dəstək kampaniyasına başladı (azn.jis.az). İşarənin inkişafı və rahat istifadəsi üçün biz, işarəni təkmilləşdirdik və bununla bağlı bələdçi yaratdıq. Kampaniya uğurlu keçdi və qısa müddər ərzində AZN işarəsi bütün ölkə üzrə istifadə olunmağa başladı. Bundan əlavə, 
öyrəşdiyimiz keçmiş işarəni də əvəz etdi.

Bugün yaratdığımız AZN işarəsinin istifadə faizi əlliyə bərabərdir, digər əlli faiz keçmiş işarənin payına düşür.

Mən, rəsmi manat işarəsi, onun yaradılması və təstiq olunması ilə bağlı fikirlərimlə bölüşmək istərdim. Təbii ki, bu yalnız mənim nəzər nöqtəm və təhmin etdiklərimdir.  Amma təcrübə onu göstərir ki, hər şey, aşağıda deyəcəyim kimi, baş verib.

Yəgin ki, Robert Kallina tərəfindən təklif olunan birinci işarə eskizi bizim işarəmiz kimi rahat və gözəl idi. Amma təgdimetmədə, ola bilsin ki, kimsə dedi: “niyə görə bu işarə tərsinə çevrilmiş avro işarəsinə oxşayır? Onu daha unikal etmək lazımdır!”. Robert bu işarəni dəyişdirəsi oldu və bununla da, qarşımızda daha gəliz işarəni gördük.

Və heç kəs bunun qarşısına çıxıb demədi ki, nədən bu işarə çevrilmiş avroya oxşamasın.Axı avronu manat işarəsi ilə səhv salmaq 
mümkün deyil. Yəni, əvvəlcədən unikallıqla heç bir problem yox idi. Məgər kimsə s işarəsi ilə $ dollar işarəsini səhv salır? Amma onlar bənzəyir.  Bəlkə 6 və 9 rəqəmlərini səhv salırlar?
O da yox. Bəs problem nədədir?

Məsələ orasındadır ki, işarənin yaradılmasından öncə heç kim düşünməyib ki, bu işarə hansı tələblərə cavab verməlidir. Heç kəs düşünmədi ki, o, istifadədə rahat, 
bütün qarniturlara uyğun, kompozisiyada digər obyektlərə uyğun və unikal olmalıdır.

Məncə, bizim yaratdığımız variant bütün bunları özündə əks etdirir. Bunun üçün də mən, köhnə işarənin təqaüdə göndərilməsini və bizim işarənin istifadə olunmasını təklif edirəm.