§ 9. Arxetip

Arzuolunan fikri auditoriyaya çatdırmaq və daha effektiv ünsiyyət üçün, eyni mesajın onu qəbul edənə təkrar-təkrar deyilməsi zəruridir. Məhz nəyi deməyi və təkrarlamağı, həmçinin, bunun hansı formada edilməli olduğunu brendin arxetipi müəyyənləşdirir.

Arxetip - sizin brendinizin psixoloji portretidir, hansı ki, bütöv və vahid kommunikasiyanın köməyilə auditoriyanız tərəfindən qəbul və dərk edilir. Əgər brendiniz seçdiyiniz arxetipə uyğun olaraq qəbul olunubsa, demək ki, kommunikasiyanız uğurlu alınıb.

Arxetiplər brendin kommunikasiyası üçün müəyyən sərhədlər yaradır. Hədəf auditoriya tərəfindən arzuolunan dərkolunmanı yaratmaq və saxlamaq üçün bu sərhədlərə riayət etmək gərəkdir. Arxetip brendin obrazına və xarakterinə uyğun olmayan müxtəlif şeyləri deməyə icazə vermir. Beləliklə, brendin bütün kommunikasiyaları vahid xətt üzrə aparılır və ondan kənara çıxmır.

Arxetipin seçilməsi hədəf kütləsidən, brendin bu və ya digər sahə və sənayeyə aid olması kimi faktorlardan, həmçinin şirkətinin arzuolunan imicindən asılıdır. Bəzi brendlər birdən artıq arxetip seçir və onları qarışdırır. Ancaq, arxetipləri qarışdırarkən unutmamaq gərəkdir ki, onlar bir-birinə zidd olmamalı və müəyyən faiz mütənasibliyində qalaraq, obrazın məntiqi xəttini yaratmalıdırlar.

Müxtəlif yerli və beynəlxalq brendlərin arxetiplərinə misal:

Üsyankar- Harley Davidson

Zarafatcıl - M&Ms

Sevgili - Victoria's Secret

Qayğıkeş- Fairy

Yaxşı uşaq - Diesel

Məsum - Nar

Hökmdar - Azercell

Müdrik - The Economist

Sehrbaz - Disney

Qəhrəman - Nike

Yaradıcı - Apple

Kəşfiyyatçı - LAND ROVER