§ 3. Tez gözdənkeçirmə

Hər hansı broşüru ələ aldıqda, bəziləri onu başdan ayağa diqqətlə tətqiq edir, bəziləri yalnız şəkil və başlıqlara diqqət yetirir, bəziləri isə bir neçə saniyə ərzində tez vərəqləyir.

Yuxarıda göstərilən səbəblərə əsasən, hər hansı  rabitə xarakterli materialın hazırlanmasında, tez və ya detallı gözdən keçirmədə insanların nə anladıqlarını və nə hiss etdiklərini mütləq nəzərə almaq lazımdır.

Tez gözdənkeçirmə  ilk təəssürat və anlayış yaradır. Bir neçə saniyə ərzində insanlar broşürdə verilən məlumatı anlamalı, və bu məlumatın onlara maqaqlı olub-olmadığını özləri üçün qərarlaşdırmalıdırlar.

Məhz buna görə, bu mərhələdə bütün lazımsız məlumatdan imtina etmək, və yalnız əsas məlumatı vurğulamaq lazımdır. Əks halda, insanlar bu rabitə vasitəsini , marağın olmaması səbəbindən, dayandıracaqlar.

Bu qaydalar jurnal, bilbord, internet səhifəsi və ya sərgi stendindən asılı olmayaraq bütün rabitə xarakterli materiallara aiddir.

Reklam bilbordı misalında tez gözdənkeçirmə

İnternet səhifəsi misalında tez gözdənkeçirmə

Jurnal səhifəsi misalında tez gözdənkeçirmə