Haqqımda

Ceyhun İmanov dizayn və brendinqdə ekspert, “Jeykhun İmanov Studio” şirkətinin kreativ direktoru və təsisçisidir. O, həmçinin 1000-dən artıq reklam kommunikasiyasının, veb və qrafik dizayn layihələrinin yaradıcısı, bir çox müsabiqələrdə münsif qismində, brending, dizayn və marketinq üzrə təqdimatların müəllifidir.